Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib

ÇapE-poçt

25.06.20 21:30

İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Görülən işlər sırasında ordu quruculuğu mühüm əhəmiyyət daşıyır. Ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərar Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması oldu. Həmin dövrdə qəbul olunan bu qərar Naxçıvanın müdafiəsi ilə yanaşı, həm də ölkəmizin ordu quruculuğu tarixində mühüm mərhələdir. 1992-ci il sentyabrın 15-də Dövlət Milli Müdafiə Komitəsinin bazasında 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada, 1995-ci il mayın 21-də isə motoatıcı briqadanın nəzdində motoatıcı diviziya yaradıldı. O dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi Naxçıvanda diviziyanın yaradılması böyük qətiyyət tələb edirdi.

Ali Məclisin Sədri deyib: 1998-ci ilin dekabrın 8-də isə Naxçıvan ordu korpusu yaradıldı. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövrün tələbinə uyğun olaraq ordu quruculuğu sahəsində görülən işlər bütün sahələrdə inkişafı təmin etmişdi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”. Bu gün Ulu Öndərimizin ordu quruculuğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu dünyanın güclü orduları sırasında öz yerini tutub. Görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanı ilə 5 saylı ordu korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb.

Ardını oxu...

 

Cənab Vasif Talıbov Naxçıvanın iqtisadiyyatını gücləndirir

ÇapE-poçt

25.06.20 18:24

ABŞ vətəndaşı, jurnalist-tədqiqatçı Peter Tasenin 15-17 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarında, İspaniyada, Paraqvayda və Venezuelada fəaliyyət göstərən ispan dilli saytlarda “Cənab Vasif Talıbov: Naxçıvanın iqtisadiyyatı və turizmini gücləndirir” sərlövhəli məqaləsi verilib.

Müəllif iyunun 22-də həmin məqaləni “Cənab Vasif Talıbov: Naxçıvanın iqtisadiyyatını gücləndirir” sərlövhəsi ilə Amerika Birləşmiş Ştatlarının “Eurasiareview” ingilis dilli saytında da yerləşdirib. Peter Tase məqalədə Naxçıvan Muxtar Respublikasının iqtisadi və turizm potensialı, həmçinin ərazidə koronavirus pandemiyasının qarşısının alınması sahəsində görülən işlər  barədə  oxuculara ətraflı məlumat verir.

“Eurasiareview” xəbər portalı dünyanın müxtəlif ölkələrindən olan müəlliflər və ekspertlər ilə işləyir, onların fikirləri fərqli olsa da, hamısı söz azadlığının gücünə inanır. Xəbər portalının gündəlik 20 mindən artıq abunəçisi vardır.

Amerika Birləşmiş Ştatlarının “Eurasiareview” ingilis dilli saytında yerləşdirilən məqaləni sizə təqdim edirik:

"Qlobal pandemiyanın davam etdiyi dövrdə, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ictimai, iqtisadi və idman fəaliyyətlərinə üstünlük vermişdir. Həmçinin  ictimai sağlamlıq sahəsində  davam edən  böhranlı vəziyyəti  də təqdirə layiq şəkildə idarə etmişdir.

Ardını oxu...

 
 

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

25.06.20 15:20

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanılmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görsünlər.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 iyun 2020-ci il

№ 213

Ardını oxu...

 
 

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

ÇapE-poçt

25.06.20 15:13

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10,

maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10,

maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360;

2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018,

№ 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətna- mələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:

Ardını oxu...

 
 

Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub

ÇapE-poçt

24.06.20 19:55

İyunun 24-də Babək Rayon Mədəniyyət Sarayında Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il iyunun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilmişdir.

Ali Məclisin Sədri qərarın qəbuluna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını, hörmət və ehtiramını bildirib, bütün rayon əhalisini təbrik edib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə başlatdığı inkişaf strategiyasının əsasında bir tərəfdən milli-mənəvi dəyərlərə, tarixi-mədəni irsə qayıdış, digər tərəfdən isə torpağa sahiblik və bölgələrin inkişafına qayğı siyasəti dayanırdı. Xüsusilə ötən əsrin 70-ci illərində sərhəd yaşayış məntəqələrinin möhkəmləndirilməsi, yeni qəsəbə və rayonların yaradılması uzaqgörən siyasətin nəticəsi kimi gələcək müstəqilliyə hesablanmış tədbirlər idi. Ulu Öndərin milli quruculuq strategiyasının tərkib hissəsi kimi 1978-ci ildə yaradılan Babək rayonunun ötən dövrdə keçdiyi inkişaf yolu bunu bir daha təsdiq edir. Dövlət proqramlarının uğurlu icrası, həyata keçirilən quruculuq tədbirləri Babək rayonunun görkəmini dəyişmiş, davamlı sosial-iqtisadi inkişafa nail olunmuş, rayonun kəndləri böyümüş, əhalinin sayı və məskunlaşma artmışdır. Ötən 25 ildə Babək rayonunda 42 təhsil, 35 səhiyyə, 38 mədəniyyət müəssisəsi, 63 inzibati bina, 27 körpü, 189 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilmiş və yenidən qurulmuş, müasir yol şəbəkəsi yaradılmışdır. Rayon mərkəzində və kəndlərdə əhalinin rahat yaşayışına xidmət edən tədbirlər ardıcıl şəkildə görülmüş, geniş quruculuq işləri aparılmış, sosial və iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar tətbiq edilmiş, bütün rayon ərazisi rabitə xidməti və internetlə təmin olunmuş, ümumtəhsil məktəblərində 829 kompüter və 102 elektron lövhə quraşdırılmışdır.

Ardını oxu...

 
 

Səhifə 241 > 401-dən

Joomla 1.5