Xəbərlər

Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib

ÇapE-poçt

17.06.20 16:59

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibəti ilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib.

Ali Məclisin Sədri kursantları salamlayıb.

Kursantlar orkestrin müşayiəti ilə dövlət himnini ifa ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, tədbir iştirakçılarını təbrik edərək deyib: Azərbaycanda ordu quruculuğunun əsası ümmummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ötən əsrin 70-ci illərində hərbiçi kadrların hazırlanması ilə başlanan bu proses dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk milli ordu qurumunun yaradılması, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Silahlı Qüvvələrin formalaşdırılması ilə davam etdirilib. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq ulu öndərin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı, ölkə Prezidentinin Sərəncamı ilə 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

Ali Məclisin Sədri deyib: Heydər Əliyev adına Hərbi Lisey Azərbaycanda ixtisaslı hərbiçi kadrların hazırlanması işinə mühüm töhfə verir. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 314 kursant təhsil alır və bu gün 20-ci buraxılış mərasimi keçirilir. Ötən dövrdə Hərbi Liseyi 3300-dən artıq kursant bitirərək ali hərbi məktəblərə qəbul olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində liseyin 2 minə yaxın məzunu zabit kimi xidmət edir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının timsalında sağlam, vətənpərvər və əqidəli gəncliyimizi, etibarlı gələcəyimizi görür və bununla fəxr edirik!

Ardını oxu...

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

16.06.20 17:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2020-ci il 16 iyun tarixli   sərəncamları ilə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs  təltif edilmişdir.  Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının  səhiyyə işçiləri də vardır.

Həsənov Nəcəf İsa oğlu

“Tərəqqi” medalı ilə,

Səfərov Ələddin İbrahim oğlu

“Əməkdar həkim”,

Orucova Həvva Abbasqulu qızı

“Əməkdar tibb işçisi”  fəxri adları ilə təltif edilmişlər.

 
 

Heydər Əliyev Muzeyindəki rəsm əsərlərindən və xalçalardan ibarət sərgi açılıb

ÇapE-poçt

15.06.20 17:52

Milli Qurtuluşdan ötən dövrdə Azərbaycan yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb. “Bütün həyatımı təhlil edəndə görürəm ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”, - deyən ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət digər sahələr kimi, mədəniyyətimizin, rəssamlıq sənətinin də inkişafına səbəb olub. Bu gün yaradıcı insanlar, rəssamlar da ulu öndər Heydər Əliyevə sevgi və ehtiramlarını öz əsərlərində yaşadırlar.

İyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanan rəsm əsərlərinin və xalçaların sərgisi açılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxıb.

Bildirilib ki, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin siyasi irsini, həyatını və ömür yolunu əks etdirən dəyərli eksponatlar saxlanılır. Muzeyin fondunda Ümummilli Liderlə bağlı tarixi sənədlərlə yanaşı, həm də Ona həsr olunmuş rəsm əsərləri, portret və xalçalar da mühafizə edilir.

Sərgidə Heydər Əliyev Muzeyinin fondunda mühafizə olunan 20 portret və 3 xalça nümayiş etdirilir. Ulu Öndərə həsr olunmuş portretlər yağlı boya ilə kətan, sulu boya ilə kağız, parça üzərində quaş və qarışıq texnika ilə işlənib. Sərgidə rəssamlardan Səyyad Bayramovun, Əli Səfərovun, Cavid İsmayılovun, İlham Mirzəyevin, Firudin Quliyevin, Şamil Mustafayevin Ulu Öndərə həsr edilən “Heydər Əliyev”, “Ömür yollarında”, “Mənalı ömür”, “Prezident Heydər Əliyev”, “Şərqin günəşi”, “Ümummilli lider Heydər Əliyev” rəsm əsərləri, Ulu Öndərin rəngli qaşlarla və muncuqla işlənmiş portretləri, həmçinin “Nəvə”, “Qayıdışın mübarək”, “Nurlu gələcək” adlı xalçalar yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir.

Ardını oxu...

 
 

Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub

ÇapE-poçt

15.06.20 17:48

Sosial qayğıya ehtiyacı olanlara mənzil və avtomobillər təqdim edilib

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə əsası qoyulan Milli Qurtuluşun bəhrələridir. Bu gün dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünya birliyində öz layiqli yerini tutur, müstəqilliyini daha da möhkəmləndirir. İnsan amilinə verilən yüksək dəyər, ölkə vətəndaşlarının rahat yaşayışının təminatı ulu öndər Heydər Əliyev siyasi xəttinin əsasını təşkil edir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olanların mənzil və avtomobillərlə təmin olunması da həyata keçirilən sosial siyasətin tərkib hissəsidir.

İyunun 15-də - Milli Qurtuluş Günündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 1 nəfərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi gücləndirilir, onların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 189 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 111 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 126 nəfər texniki reabilitasiya vasitələri, 139 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 324 nəfərə evlərində, 7 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 17 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq edib.

Ardını oxu...

 
 
 
 

Səhifə 243 > 401-dən

Joomla 1.5