Xəbərlər

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

ÇapE-poçt

27.05.20 16:58

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulub. Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələri tikiləcək, 5845 su və 1962 kanalizasiya birləşməsi aparılacaqdır. Bugünə qədər müxtəlif diametrli borularla 69,5 kilometr su və 9,9 kilometr kanalizasiya xəttinin tikintisi başa çatıb, 120 su birləşməsi aparılıb. Yeni qazılacaq 25 subartezian quyusunun hər birinin gücü saniyədə 8 litrdir. Bugünə qədər 4 quyu qazılaraq yuma işləri aparılmışdır.

Subartezian quyularından sutəmizləyici qurğuya qədər diametri 110 millimetrdən 355 millimetrə qədər olan borularla 6,4 kilometr uzunluğunda boru xətti çəkiləcək, su ozonla dezinfeksiya olunaraq yeni tikiləcək 2 xam su anbarına vurulacaqdır. Daha sonra sutəmizləyici qurğuda təmizlənən su hər birinin tutumu 7500 kubmetr olan 2 təmiz su anbarına yığılacaq və öz axını ilə şəbəkəyə ötürüləcəkdir. Təmiz su anbarlarının dəmir-beton işləri başa çatdırılmışdır. Qarabağlar kəndinə suyun verilməsi üçün təmiz su anbarından nasoslar vasitəsilə su kəndin yuxarı hissəsində tikiləcək 2 su anbarına vurulacaqdır. Təmiz su anbarı ilə həmin su anbarları arasındakı təzyiqli boru xəttinin 2,5 kilometrinin tikintisi başa çatdırılmışdır.

Ardını oxu...

 

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

ÇapE-poçt

27.05.20 16:52

Ümummilli liderimiz Heydər Əliyev deyib: "Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir".

Ulu öndərimizin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. "Güclü dövlət, yüksək rifah" strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasında hər bir yaşayış məntəqəsinin davamlı inkişafına səbəb olmuşdur.

Mayın 27-də - Respublika Günü ərəfəsində Kəngərli rayonunda yeni obyektlər istifadəyə verilmişdir.

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı fəaliyyətə başlayıb

Mayın 27-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

ÇapE-poçt

23.05.20 16:44

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci ­maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aşağıdakı deputatları İntizam Komissiyasının üzvləri seçilsinlər:

1. Zeynalov Azər Yadulla oğlu

2. Həsənova Esmira Həsən qızı

3. Əliyeva Vüsalə Abazər qızı

4. Hacıyev Emin Davud oğlu

5. Bağırsoylu Hüseyn Qədrulla oğlu

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV

Naxçıvan şəhəri, 23 may 2020-ci il

 
 

S.H.Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

23.05.20 15:42

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilsin.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV

Naxçıvan şəhəri, 23 may 2020-ci il

 
 

S.H.Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

ÇapE-poçt

23.05.20 15:40

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TALIBOV

Naxçıvan şəhəri, 23 may 2020-ci il

 
 

Səhifə 246 > 401-dən

Joomla 1.5