Xəbərlər

Muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib

ÇapE-poçt

22.05.20 09:44

Yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış olub

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: "İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək".

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir.

Mayın 21-də muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib, yeni alınan kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, yeni innovativ texnologiyaların tətbiqi muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olub. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir. Ötən dövrdə muxtar respublikada 1228 mülkiyyətçiyə lizinqə verilmiş 2081  texnikaya görə 9 milyon 764 min manat güzəşt tətbiq edilmiş, 359 texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 232 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.

Ardını oxu...

 

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

ÇapE-poçt

21.05.20 10:59

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də imzalayıb.

Qərarda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası 2020-ci il may ayının 23-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:

1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi

2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar".

 
 

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

ÇapE-poçt

20.05.20 12:21

Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 1 aprel 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3481 nəfər artaraq 460 min 216 nəfər olub.

 
 

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

ÇapE-poçt

18.05.20 20:13

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.

Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq ediblər.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edərək deyib: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.

Ardını oxu...

 
 

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

ÇapE-poçt

18.05.20 20:10

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.

Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Həkim ambulatoriyasında 8 otaq - baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları,  stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunub.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj  xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

 
 

Səhifə 247 > 401-dən

Joomla 1.5