Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında ƏSASNAMƏ

ÇapE-poçt

18.10.23 17:42

Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il

25 oktyabr tarixli 90-III FR nömrəli fərmanı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) ailə, qadın və uşaq problemləri ilə iş sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamda olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Naxçıvan şəhərində yerləşir.

Ardını oxu...

Maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

16.10.23 15:14

2023-cü il 16 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova giriş sözü ilə açaraq keçirilən tədbirin mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Elnur İbrahimov icbari tibbi sığortanın, qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlardan, tibbi sığortanın formalarından və icbari tibbi sığortanın əsas prinsiplərindən danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aparıcı məsləhətçisi Təranə Abbasova slayd üzərində çıxış edərək bildirib ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığorta olunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. T.Abbasova tibbi sığortadan kimlərin istifadə edə biləcəyi, agentliyin fəaliyyətinin məqsədləri, onun haqları, xidmətlər zərfi, xidmətlər zərfinin dərmanlar təminatı, arayışlar, xidmətlər zərfində hansı tibb xidmətlərindən istifadə oluna biləcəyi, tibbi xidmət almaq üçün hara müraciət edilməsi, ailə həkimi, ambulator və stasionar müayinə üçün qəbul qaydaları və gözləmə müddətinin tətbiqi şərtlər haqqında ətraflı məlumat verib.
Sonra ulu öndər Heydər Əliyev haqqında və icbari sığorta haqqında videoçarx nümayiş olunub.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

“Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

14.10.23 16:48

2023-cü il 14 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin siyasətdə 20 ilinin tamam olması ilə bağlı “Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin əhəmiyyətindən bəhs edərək “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edərək bildirib ki, 15 oktyabr 2003-cü il tarixində keçirilən seçkilərdə seçicilərin 76%-dən çoxu öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə verib və nəticədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi son 20 ildə yeni prinsip və nümunələrlə zənginləşərək, ölkəmizi daha da irəli aparmıış və dünya dövlətləri arasında həm daxili, həm də xarici siyasəti ilə ölkəmiz ən qabaqcıl və qalib ölkə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı bütün sahələr üzrə elə güclü və qüdrətli dövlətə çevirdi ki, ölkəmizə qarşı planlaşdırılan bütün məsələlər iflasa uğradı. Komitə sədri Azərbaycan Respublikasında ölkə rəhbərinin 20 il ərzində həyata keçirdiyi dövlət qadın, uşaq və gender siyasətindən bəhs edərək, bildirib ki, sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailələrin, uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Son 20 ildə müvafiq sahədə qanunvericilik bazası təkmilləşdirildi, ölkəmiz

Ardını oxu...

“Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

13.10.23 16:41

2023-cü il 13 oktyabr tarixində Naxçıvan Tibb Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsi ilə çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün önəmli əhəmiyyət kəsb edən mövzudur. Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.
F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır. Karyera planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb. Karyeranın əsasən 4 mərhələdə formalaşdığını və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən, karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.
Daha sonra Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva mövzu ilə bağlı öz fikirlərini bildirib.
​Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 88 nəfər yararlanıb.

Səhifə 11 > 401-dən

Joomla 1.5