Xəbərlər

Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir

ÇapE-poçt

08.10.21 19:30

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 08 oktyabr tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarının pozulması halları aşkarlanmamışdır.

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

ÇapE-poçt

07.10.21 19:39

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ardını oxu...

 
 

M.İ.Adnayevanın Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

06.10.21 17:17

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:

Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2021-ci il -

 
 

Naxçıvanın təhsil işçiləri təltif edilib

ÇapE-poçt

05.10.21 15:43

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 05 oktyabr tarixli Sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçiləri “Əməkdar müəllim” fəxri adına, orden və medallara layiq görülmüşlər. Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də vardır:

Ardını oxu...

 
 

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüquqlarının həyata keçirilməsi diqqət mərkəzindədir

ÇapE-poçt

05.10.21 09:05

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində  bu qəbildən olan uşaqların təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında mühüm tapşırıqlar qoyulub. Bu məqsədlə Komitə tərəfindən aidiyyəti qurumlarla birgə muxtar respublikanın şəhər, rayon və kəndlərində 6 yaşadək sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirilmişdir.

Ardını oxu...

 
 

Səhifə 150 > 401-dən

Joomla 1.5