Xəbərlər

Uşaqlara tamaşa göstərilib

ÇapE-poçt

30.08.21 12:26

Naxçıvan Muxtar Respublikasında bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

 

Toxuculuq təlimi keçirilib

ÇapE-poçt

28.08.21 09:17

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il avqust ayının 28-da qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı növbəti təlim keçirilmişdir.

Ardını oxu...

 
 

Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi muzey günləri çərçivəsində Yusif Küseyr oğlu türbəsində olublar

ÇapE-poçt

28.08.21 09:17

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Avqust ayının 28- də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Yusif Küseyr oğlu türbəsində olublar.

Ardını oxu...

 
 

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

ÇapE-poçt

27.08.21 17:45

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılmışdır. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Ardını oxu...

 
 

Uşaqlar üçün təşkil edilən ekskursiyalar davam edir

ÇapE-poçt

24.08.21 18:15

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün növbəti ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan  ailələrin uşaqlarından olmaqla 24 nəfər iştirak edib.

Ardını oxu...

 
 

Səhifə 158 > 401-dən

Joomla 1.5