Kəngərli rayonunda uzunömürlü ailə ilə görüş keçirilmişdir

Çap

15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar digər bir tədbir isə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan Abbas Məmmədovun ailəsində keçirilmişdir. Keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev muxtar respublikada ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs etmiş, ailəni 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar təbrik etmiş, onlara can sağlığı və firəvan həyat arzulamışlar. Evliliyinin 67 ili tamam olan uzunömürlü ailə başçısı Abbas Məmmədov ailəsinin qayğısına qalaraq, bu uzunömürlü ailəni qoruyub saxlamışdır. Ailənin 6 övladı, 9 nəvəsi və 5 nəticəsi vardır.

Ailəyə bayram sovqatı verilmişdir.

Abbas Məmmədov ailəsinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.