Naxçıvan məktəbliləri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

Çap

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin XI  sinif şagirdləri Sabirə Məmmədova və Abdulla Əliyevin 21 səhifəlik "Bizim diyarın möcüzəvi mineral suları" layihəsi Moskvada keçirilən “Bizim yaşadığımız dünya: məktəblilərin təlim-tədris və tədqiqat qrup layihələrinin II Açıq Beynəlxalq müsabiqəsi”nə göndərilib və münsiflər heyəti tərəfindən yoxlamadan keçərək müsabiqənin saytına yerləşdirilib.

Hər iki məktəbli  “Ximiya ot a do ya” (Химия от А до Я)" Beynəlxalq onlayn müsabiqədə şifahi iştirak edərək qızıl medala və I dərəcəli diploma  layiq görülüblər.

Qeyd edək ki, layihənin rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun "Hidrogeologiya və mineral sular" laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.

Fizzə Məmmədova isə beynəlxalq müsabiqədə fəxri fərmana layiq görülüb.