“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə qanvermə aksiyası keçirilib

ÇapE-poçt

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksiyon xəstəliklərə qarşı yoxlama aparılıb. Aksiyada 22 nəfər iştirak etmiş, 11 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının qan bankına təhvil verilmişdir. Aksiya muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədi daşıyır.

Keçirilən aksiya mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Qeyd edək ki, adıçəkilən aksiya artıq 10 ildir ki, təşkilatçılar tərəfindən mütəmadi olaraq 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar keçirilir.

Joomla 1.5