“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Çap

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 209; 2002, № 3, maddə 148, № 10,

maddə 635; 2005, № 7, maddə 678; 2006, № 5, maddə 472, № 10,

maddə 902; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1360;

2014, № 12, maddə 1662; 2017, № 12 (II kitab), maddə 2526; 2018,

№ 12 (II kitab), maddə 2737; 2019, № 8, maddə 1478) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətna- mələrin formaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2

1. 4 nömrəli əlavəyə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə

edilsin:

10-1 Qohumluq əlaqəsi haqqında məlumat – (babası və (və ya) nənəsi ümumi olanlar) əmioğlu əmiqızı

dayıoğlu bibiqızı

bibioğlu dayıqızı

xalaoğlu xalaqızı

yoxdur yoxdur

2. 7 nömrəli əlavəyə aşağıdakı məzmunda 9-1-ci hissə əlavə edilsin:

9-1 Qohumluq əlaqəsi haqqında məlumat – (babası və (və ya) nənəsi ümumi olanlar) əmioğlu əmiqızı

dayıoğlu bibiqızı

bibioğlu dayıqızı

xalaoğlu xalaqızı

yoxdur yoxdur

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 iyun 2020-ci il

№ 214