“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun tətbiqi və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 629 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, 18 yaşadək (erkən nikah) və yaşı 18-dən 29-dək olan gənclərin nikaha, o cümlədən müvafiq ərizələrindəki məlumatlara əsasən qohum hesab edilən şəxslər arasında nikaha daxil olması və bu gənclər arasında bağlanılmış nikahın pozulması hallarının statistikasının illər üzrə aparılmasını təmin etmək üçün müvafiq tədbirlər görsünlər.

3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 23 iyun 2020-ci il

№ 213

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun

qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə

Q A Y D A S I

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən hazırlanmışdır və gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmənin istiqamətlərini müəyyən edir.

1.2. Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə (bundan sonra – gənclər arasında maarifləndirmə) aşağıdakı dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilir:

1.2.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;

1.2.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

1.2.4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

1.2.5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

1.2.6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;

1.2.7. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;

1.2.8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi;

1.2.9. yerli icra hakimiyyətləri orqanları;

1.2.10. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;

1.2.11. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası;

1.2.12. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası;

1.2.13. Azərbaycan Respublikasının Gənclər Fondu.

1.3. Gənclər arasında maarifləndirməni yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayım- çıları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər də həyata keçirə bilərlər.

1.4. Gənclər arasında maarifləndirmə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Gənclər siyasəti haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. erkən nikah – 18 yaşadək şəxslə bağlanılmış nikah;

2.1.2. qohumlar arasında nikah – baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanılmış nikah;

2.1.3. erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri – erkən və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

3. Gənclər arasında maarifləndirmənin prinsipləri

3.1. Gənclər arasında maarifləndirmə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

3.1.1. insan hüquqlarına və azadlıqlarına hörmət edilməsi;

3.1.2. ayrı-seçkiliyə yol verilməməsi;

3.1.3. şəxsi və ailə həyatı sirrinin qorunması məqsədilə konfidensiallığa riayət edilməsi;

3.1.4. ailə dəyərlərinin milli və ümumbəşəri prinsiplər əsasında təbliği;

3.1.5. erkən nikahın və qohumlar arasında nikahın fəsadlarının elmi cəhətdən əsaslandırılması;

3.1.6. dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşki- latlarının və kütləvi informasiya vasitələrinin qarşılıqlı əməkdaşlığı;

3.1.7. maarifləndirilən şəxslərin yaş və cins xüsusiyyətləri nəzərə alınmaqla maarifləndirmənin ünvanlı keçirilməsi;

3.1.8. beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və beynəlxalq təcrübənin nəzərə alınması.

4. Gənclər arasında maarifləndirmənin həyata keçirilməsi vasitələri

4.1. Gənclər arasında maarifləndirmə aşağıdakı vasitələrlə həyata keçirilir:

4.1.1. təhsil müəssisələrində və əmək kollektivlərində gənclər arasında maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi;

4.1.2. maarifləndirici və metodoloji vəsaitlərin, sosial reklamların hazırlanması və yayılmasının təşkili;

4.1.3. kütləvi informasiya vasitələrinin, sosial medianın, təhsilin imkanlarından geniş istifadə edilməsi;

4.1.4. internet informasiya resurslarının yaradılması.

5. Gənclər arasında maarifləndirmənin istiqamətləri

5.1. Gənclər arasında maarifləndirmənin əsas istiqamətləri aşağıdakılardır:

5.1.1. gənclər arasında ailə dəyərlərinin təbliği;

5.1.2. gənclər arasında sağlam həyat tərzinin təbliği;

5.1.3. ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı;

5.1.4. erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi;

5.1.5. erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;

5.1.6. gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması;

5.1.7.gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi.

6. Gənclər arasında maarifləndirmə sahəsində dövlət orqanlarının (qurumlarının) vəzifələri

6.1. Bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları (qurumları) gənclər arasında maarifləndirmə sahəsində aşağıdakı vəzifələri yerinə yetirirlər:

6.1.1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi:

1. gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır və onların dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-dövlət təşkilatları və gənclər arasında yayılmasını təşkil edir;

2. tabeliyindəki uşaq və ailələrə dəstək mərkəzlərinin vasitəsilə əhali arasında maarifləndirmə işini təşkil edir;

3. erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri ilə ictimaiyyəti tanış edir;

6.1.2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

1. gənclərin və valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır, onların gənclər arasında yayılmasını təşkil edir;

2. gənclər arasında maarifləndirmənin həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərir;

3. tabeliyindəki “Gənclər evi” sosial xidmət müəssisələri vasitəsilə gənclər arasında maarifləndirmə işini təşkil edir;

6.1.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

1. 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;

2. təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçiril- məsini təşkil edir;

3. maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini təşkil

edir;

4. erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat

və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edir;

6.1.4. Azərbaycan Respublikasının Gənclər Fondu:

1. tabeliyindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri vasitəsilə maarifləndirməni həyata keçirir;

2. maarifləndirici vəsaitlərin və sosial reklamların hazırlan- masında iştirak edir;

6.1.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1. çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informa- siya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirir, əmək kollektivlərində, sosial xidmət müəssisələrində bu istiqamətdə maarifləndirmə işləri aparır;

2. gənclər arasında erkən nikahdan və qohumlar arasında nikahdan olan uşaqların sağlamlığına mənfi təsirinə dair maarifləndirmə işi aparır.

6.1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (qeydiyyat şöbələri vasitəsilə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (xarici ölkələrdəki konsulluq idarələri vasitəsilə) və yerli icra hakimiyyəti orqanları (icra nümayəndəlikləri vasitəsilə) nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin edir;

6.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

1. gənclərin dünyagörüşünün genişləndiriməsinə yardım edən tədbirlər keçirir, elmi tədqiqatlar aparır və onların nəticələri ilə ictimaiyyəti tanış edir;

2. maarifləndirici vəsaitlər hazırlayır və tabeliyində olan tibb müəssisələri vasitəsilə onların yayılmasını təşkil edir;

3. gənclərin və onların valideynlərinin erkən nikahın və qohumlar arasında nikahın tibbi fəsadları barədə məlumatlan- dırılması məqsədilə tədbirlər görür;

4. erkən nikaha daxil olmuş gənclərə psixoloji dəstəyin göstərilməsi və onların reproduktiv sağlamlıq sahəsində maariflən- dirilməsi üçün tədbirlər görür.

6.1.8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 18 yaşadək və 18-29 yaşında olan gənclər, o cümlədən qohumlar arasında nikaha daxil olma və bu cür nikahın pozulması halları barədə statistik məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir.

6.1.9. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası gənclər arasında maarifləndirmə sahəsində təşviqedici proqramların hazırlanması üçün “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləş- dirilmiş qaydada sifarişlər verir.

6.1.10. Teleradio fəaliyyətini həyata keçirən dövlət və ictimai yayımçılar, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər ictimai sərnişindaşıma xidməti göstərən dövlət qurumları “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada gənclər arasında maarifləndirmə sahəsində sosial reklamların yayımlan- masını təmin edirlər.

6.1.11. Bu Qaydanın 1.2-ci bəndində göstərilən dövlət orqanları (qurumları) gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatları hər ilin 20 dekabr tarixinədək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməli və özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər.

6.1.12. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Qaydanın 1.2-ci bəndində göstərilən orqanlardan (qurumlardan) daxil olan məlumatları ümumi- ləşdirir və hər növbəti il yanvarın sonunadək özünün rəsmi internet saytında dərc edir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

7. Gənclər arasında maarifləndirmə sahəsində tədbirlərin maliyyələşdirilməsi

7.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər arasında maarifləndirmə sahəsində hüquqi və fiziki şəxslərin proqramlarının və layihələrinin maliyyələşdiril- məsini fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər.

7.2. Tədbirlərin maliyyələşdirilməsi bu Qaydanın 1.2-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) üçün müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində gənclərin maarifləndirilməsi sahəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Joomla 1.5