Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

ÇapE-poçt

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 17-də imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin:

2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Joomla 1.5