Gənc ailə mənzillə təmin olundu

Çap

Muxtar respublikada yaşayan ailələr, o cümlədən gənc ailələr dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunurlar. Belə ki, ailələrin sosial müdafiəsi istiqamətində görülən ardıcıl tədbirlər sayəsində onların maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlir. Bu da onu göstərir ki, muxtar respublikada ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir.

Muxtar respublikada ailə siyasətinin əsasını gənc ailələrin mənzillə  təmin olunması təşkil edir. Gənc ailələrin mənzillə təmin olunması, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, ailələrin daha da dayanıqlı olmasını  təmin  edir.

Muxtar respublikada  mənzillə təmin olunan ailələrdən biri də İsmayıllılar ailəsidir. Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  tərəfindən Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənc əməkdaşları - gənc ailə olan Məmmədli Aysun Əsgər qızı və İsmayıllı Razim Rafiq oğluna səmərəli fəaliyyətlərinə görə Babək şəhərindəki yeni yaşayış binasında ikiotaqlı mənzil təqdim edilib. Bu münasibətlə gənc ailə olan Aysun Məmmədlini və Razim İsmayıllını təbrik edir, yeni mənzillərində onlara xoşbəxt günlər, ailə səadəti arzulayırıq.

Gənc ailələrə göstərilən qayğıya görə dövlətimizə minnətdarıq.