Cari ilin 6 ayı ərzində muxtar respublikada ailələrin sosial müdafiələrinin gücləndirilməsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 458 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 8 nəfərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, 1 nəfərin nəqliyyat xərcinin ödənilməsinə köməklik olunmuşdur. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ-Lifan 330” markalı minik avtomobilləri təqdim edilmişdir.

Joomla 1.5