2020-ci ilin 6 ayı ərzində muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğu istiqamətində mühüm işlər görülmüşdür

Çap

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin altı ayı ərzində muxtar respublikada 100 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 17 ailənin hər birinə yanında balası olan 20 baş xırdabuynuzlu, 10 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin altı ayı ərzində                   624 nəfər ailə üzvü olan 133 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 3 ailəyə süd sağımı, 3 ailəyə isə otdoğrayan aqreqatlar verilmişdir.