Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

ÇapE-poçt

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Suyun nə dərcədə əhəmiyyətli olduğunu artıq bütün dünya bilir, görür və biz də bu sahədə vaxt itirməməliyik. Biz vaxtı qabaqlamalıyıq, gördüyümüz işləri elə qurmalıyıq ki, ölkəmiz üçün, əhali üçün lazım olan bütün infrastrukturu yaradaq”. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi yaşayış məntəqələrinin içməli su təminatı mühüm yer tutur. Çünki keyfiyyətli içməli su ilə təchizat həm də sağlam həyat deməkdir. Bu tədbirlər Şərur rayonunda da uğurla davam etdirilir.

İyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Əvvəlcə Arpaçay subölücüsündə yeni tikilmiş qalereyaya baxış olub. Məlumat verilib ki, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə əsasən tikilmiş qalereya Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3, hündürlüyü 2, uzunluğu isə 134 metrdir. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Qalereyadan su anbarına qədər diametri 900 millimetr olan plastik borularla 1500 metr xətt çəkilmiş, üzərində 2 suboşaldıcı tikilmişdir. Su anbarlarından Şərur şəhərinə qədər isə 9,5 kilometr uzunluğunda plastik boru xətti çəkilmişdir. Arpaçay subölücüsünün ətrafında metal tordan 3200 metr uzunluğunda hasar çəkilmiş, 14 video-nəzarət kamerası quraşdırılmışdır.

Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev demişdir ki, layihə üzrə tikinti işlərinə 2012-ci ildə başlanılmış, bugünədək Şərur şəhəri və ətraf 4 kənddə - Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngədə içməli su şəbəkəsi, Şərur şəhərində həm də kanalizasiya şəbəkəsi tikilmişdir. Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılmışdır.

Daha ətraflı aqupdk.nakhchivan.az saytında

Joomla 1.5