Müsabiqənin vaxtı uzadılmışdır!

Çap

Hörmətli izləyicilər!

Məlumdur ki, 2020-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan olunmuşdur.

Bildirilir ki, müsabiqənin vaxtı 2020-ci il 01 oktyabr tarixədək uzadılmışdır.

Müsabiqədə iştirak etmək istəyən gənclər yazı mətnini, dekorativ tətbiqi sənət və rəsm əsərini müvafiq anket ilə birlikdə 2020-ci il 01 oktyabr tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.

Əlavə olaraq bidirilir ki, müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində (14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır, dekorativ tətbiqi sənət və rəsm əsərləri isə müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.

Müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.

Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov. Tel: 545-39-75