Müsabiqənin vaxtı uzadılmışdır!

Çap

Hörmətli izləyicilər!

Məlumdur ki, 2020-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsi elan olunmuşdur.

Bildirilir ki, müsabiqənin vaxtı 2020-ci il 01 oktyabr tarixədək uzadılmışdır.

Müsabiqədə iştirak etmək istəyən gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər film və fotoları şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə 2020-ci il 01 oktyabr tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər. Əlavə olaraq bidirilir ki, müsabiqədə bir müəllif 1 və ya son hədd 5 ədəd olmaqla film və foto ilə iştirak edə bilər.

Film (5 dəqiqədən artıq olmaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda); foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda), 20 x 30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda olmalıdır.

Müsabiqəyə təqdim olunmuş işlər “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Qaliblərə təşkilatçılar tərəfindən müvafiq diplom, qiymətli hədiyyə və pul mükafatı veriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov. Tel: 545-39-75