Muxtar respublikada uşaq hüquqları qorunur

Çap

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 23 iyun tarixdə Şərur Rayon Uşaq Xəstəxanasında monitorinq keçirilmişdir. Monitorinq zamanı tibb müəssisəsində yaradılmış şəraitin və tibb avadanlıqların  qorunub saxlanılması, sanitar – gigiyenik vəziyyət, uşaqlara göstərilən stasionar ambulator və poliklinik xidmətin səviyyəsi həmçinin uşaq hüquqlarını əhatə edən digər sahələr yoxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.