“Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlar üçün tədbir təşkil edilib.

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar üçün yay tətilinin maraqlı keçirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə muxtar respublikamızın gəzməli - görməli yerlərinə, tarixi abidələrinə, muzeylərə ekskursiyalar təşkil edilir. Bu qəbildən olan növbəti tədbir “Saat Meydanı” turistik və istirahət mərkəzində təşkil edilib. Tədbirdə  xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş həmçinin şəhid övladlarından ibarət 38 uşaq iştirak edib.

Uşaqlar əvvəl onlar üçün müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Daha sonra “Saat Meydanı” turistik və istirahət mərkəzində uşaqlara  animasiya cizgi filmi nümayiş etdirilib. Uşaqlar üçün təşkil edilən  nahar yeməyindən sonra əyləncəli oyunlar keçirilib

 

Uşaqlar tədbirdən xoş təəssuratlarla ayrılıblar.