Uşaqlara tamaşa göstərilib

Çap

Naxçıvan Muxtar Respublikasında bütün uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək diqqət mərkəzində saxlanılır.

Həmçinin yay tətili günlərində onların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətdə bir sıra işlər görülür.

Belə ki,bu istiqamətdə görülən işlərin davamı olaraq Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə avqust ayının 30-da uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 25 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşası nümayiş olunub.

Uşaqlar tamaşadan razı qalıblar