Xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Culfa rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına 15 sentyabr - Bilik Günü ilə əlaqədar məktəbli forması və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Culfa Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elçin Məmmədəliyev açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Vüsal Süleymanlı muxtar respublikada, o cümlədən Culfa rayonunda sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs etmişlər.

Tədbirdə Culfa rayonu üzrə 12 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 28 sağlamlıq imkanları məhdud və 9 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 49 nəfərə məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5