Xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

Kəngərli rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına 15 sentyabr - Bilik Günü ilə əlaqədar məktəbli forması və dərs ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin baş məsləhətçisi Araz İbrahimov və Təhsil Nazirliyi Aparatının məktəbdənkənar təhsil müəssisələri ilə iş üzrə sektorun aparıcı məsləhətçisi Rəşad Adıgözəlov çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişlər.

Tədbirdə Kəngərli rayonu üzrə 4 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 20 sağlamlıq imkanları məhdud və 11 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 35  nəfərə məktəbli forması və dərs ləvazimatları verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5