Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Q Ə R A RI

Çap

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbənddə “3” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

2. 2.3.1-ci yarımbənddə “3” rəqəmi “5” rəqəmi ilə, “tərbiyə etməsi” sözləri “böyütməsi” sözü ilə əvəz edilsin və həmin 2 yarımbənddən “və ya sağlamlıq imkanları məhdud övladını” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 2.3-1-ci və 2.3-2-ci bəndlər əlavə edilsin:

“2.3-1. 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin dilməsi üçün:

2.3-1.1. qəyyumluğu təsdiq edən sənədin surəti; 2.3-1.2. qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.3-2. 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün: 2.3-2.1. atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.3-2.2. uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 28 sentyabr 2021-ci il