Püsyan kənd sakini- Laçın Tağıyevanın 101illiyi qeyd olunub

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01 oktyabr- Beynəlxalq Ahıllar Günü ilə əlaqədar muxtar respublikanın ən uzunömürlü sakini ahıl Tağıyeva Laçın Həbib qızının 101 illiyi qeyd olnmuşdur.

Keçirilən Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov muxtar respublikada ahıl insanlara göstərilən dövlət qayğısından danışaraq bildirdi ki, hər zaman  ahıl vətəndaşların sosial problemləri ilə maraqlanılır, ehtiyaclarını müəyyənləşdirərək, müəssisələr və təşkilatlar ilə birlikdə əməli tədbirlər görülür. Dövlət tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərilir. Aparılan humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxıç edərək bildirdi ki, gənclər, orta nəslin nümayəndələri, ahıllar cəmiyyətdəki proseslərdə bərabərhüquqlu iştirak edirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə gənc nəsillər üçün əhəmiyyətlidir.

Yaşlılara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər.
Xalqımızın milli dəyərlər sistemində  ağsaqqal, ahıl insanlar ən hörmətli müdrik adamlar hesab olunurlar. Onlar özlərindən sonra gələn nəsillər üçün istiqamətvericidirlər. Yaşlıların sərvəti onların həyat təcrübəsidir. Komitə sədri qeyd edib ki, dövlət tərəfindən ahıl insanlara göstərilən diqqət tək onlara yox, milli dəyərlərimizə, adət-ənələrimizə, dünənimizə, bu günümüzə və gələcəyimizə göstərilən diqqətdir, hörmətdir. Bildirilmişdir ki, muxtar respublikada yaşayan ahılların mütəmadi olaraq əlamətdar günləri qeyd olunur. Bu cür münasibət isə cəmiyyətimizin heç bir üzvünün unudulmadığının göstəricisidir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək muxtar respublikamızda ahıl insanlara göstərilən qayğıdan ətraflı bəhs etmişdir. Onların sosial təminatlarının yaxşılaşdırılması, sağlamlıqlarının müdafiəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, əlamətdar günlərininn qeyd olunması daim diqqətdə saxlanılır. Dövlət qurumları tərəfindən mütəmadi olaraq ahıllarla görüşlər keçirilir, onların evlərinə baş çəkilir, problemləri ilə yaxından maraqlanılır.

Tədbirdə çıxış edən Laçın Tağyeva və öğlu bu diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirmişdir.

Keçirilən görüşdə səbəbkara gül buketi və hədiyyələr verilmişdir.

Qeyd edək ki, Laçın Tağıyevanın 9 övlad, 26 nəvə, 36 nəticə, 3 kötücəsi vardır.