Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir

Çap

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 08 oktyabr tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarının pozulması halları aşkarlanmamışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.