"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal satışı yarmarkası" çərçivəsində qadınların əl işlərinin və istehsal etdikləri bal məhsullarının satışı başa çatıb

Çap

"Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları-bal satış yarmarkası" ərəfəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilmiş qadınların istehsal etdikləri bal və bal məhsullarından, həmçinin peşəkar və həvəskar qadınların əl işlərindən ibarət satış- sərgi başa çatmışdır.

Muxtar respublika əhalisi və qonaqlar tərəfindən böyük maraqla qarşılanan satış-sərgidə bal və arıçılıq məhsulları ilə yanaşı, qadınların istehsal etdikləri milli və xalq tətbiqi sənət nümunələrindən ibarət əl işlərinin də, satışı həyata keçirilmişdir.