Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir

Çap

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 4 noyabr tarixdə Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində növbəti monitorinq keçirilmişdir.

Monitorinq zamanı uşaq hüquq və mənafelərini əhatə edən bütün sahələr yoxlanılmış, uşaq hüquqlarının pozulması halları aşkarlanmamışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.