17.11.21 10:31
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Gülər Əhmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin aparıcı məsləhətçisi Əjdərəli Qafarov və Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov çıxış edərək bildirmişlər ki, muxtar respublikada, o cümlədən Şahbuz rayonunda sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına göstərilən dövlət qayğısından bəhs etmişlər.
Tədbirdə Şahbuz rayonu üzrə 1 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 20 sağlamlıq imkanları məhdud və 1 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 22 uşağa qış geyimləri verilmişdir.
Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.