Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir

Çap

Şərur rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Şərur Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Kamal İsmayılov açaraq tədbirin mahiyyətindən geniş bəhs etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin baş məsləhətçisi Araz İbrahimov və Təhsil Nazirliyi Aparatının orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbənin məsləhətçisi Ayaz Əliyev çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişlər.

Tədbirdə Şərur rayonu üzrə 5 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 57 sağlamlıq imkanları məhdud və 41 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 103 uşağa qış geyimləri verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.