Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir

Çap

Sədərək rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri Sədərək Rayon İcra Hakimiyyəti başçısının muavini Pərviz Ağayev açaraq tədbirin əhəmiyyətindən bəhs etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin baş məsləhətçisi Araz İbrahimov orta və Təhsil Nazirliyi Aparatının ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbənin məsləhətçisi Ayaz Əliyev çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişlər.

Tədbirdə Sədərək rayonu üzrə 1 hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olan, 21 sağlamlıq imkanları məhdud və 3 xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları olmaqla, ümumilikdə 25 uşağa qış geyimləri verilmişdir.

Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.