Sərmayə kapitalı almış qadınların təsərrüfat sahalərində aparılan monitorinqlər davam etdirilir

Çap

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi və həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək”, həmçinin “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir.

Növbəti monitorinq 2021-ci il 25 noyabr tarixdə sərmayə kapitalı almış 9 qadının yaşadığı ünvanda keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. Əksinə sərmayə kapitalından duzgün istifadə edərək, təsərrüfatlarını artırdıqları məlum olmuşdur. Belə ki, Sədərək rayon Sədərək kənd sakinləri Hacıyeva Naibə Baba qızı, İbrahimova Aybəniz Mahmud qızı, Tağızadə Vüsalə İslam qızı, Salmanova Reyhan Rəhim qızı, Həsənova Narxanım İsabala qızı, Cavadzadə Şəmsiyyə Adil qızı, Akaslan Tərlan Əli qızı, Heydərabad qəsəbə sakini Zamanova Ruhiyyə Adil qızı ayrılan sərmayə kapitalı ilə hər biri 1 baş iribuynuzlu və Qaraağac kənd sakini Əliyeva Tamaşa Siyafər qızı isə 5 xırdabuynuzlu heyvan alaraq təsərrüfatlarını qurmuş, inkşaf etdirmiş və əlavə gəlir əldə etmişlər.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.