26.11.21 20:55
Bu gün xalqını və vətənini sevən, hər zaman uşaq, yeniyetmə və gənclərin sağlam yetişməsinə dəstək olan, Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse - prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədri, Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov noyabrın 26-da keçirilmiş Azərbaycan Şahmat Federasiyasının hesabat-seçki konfransında yenidən federasiyanın vitse-prezidenti seçilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından Hörmətli Seymur müəllimi təbrik edir, möhkəm cansağlığı, dövlətçilik fəaliyyətində uğurlar arzulayırıq.