Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Çap

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə:

Həsənov Səbuhi Elşad oğlu

Məmmədov Muxtar Məmməd oğlu – “Əməkdar jurnalist” fəxri adı ilə;

Ağayev Çingiz Cəfər oğlu

Heydərova Esmira Salman qızı

Mənsumova Şərəf Nağı qızı

Səfərov Əsədulla Müqəddəs oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

VASİF TALIBOV

Naxçıvan şəhəri, 17 dekabr 2021-ci il