2021-ci ildə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi sahəsində qarşıya qoyulan vəzifələr uğurla icra olunmuşdur.

Çap

Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar 2021-ci il 29 yanvar tarixində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmiş, 2021-ci il üçün İş Planı təsdiq edilmiş və icrası üçün müvafiq tapşırıqlar verilmişdir.

Bundan əlavə Komissiya tərəfindən hazırlanmış ötən il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat aidiyyəti üzrə təqdim edilmişdir.

Komissiya tərəfindən cari il ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, müalicə olunmaları ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, onlarla bağlı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması nəzərdə tutulmuşdur. Monitorinqlər zamanı uşaqların dərsə davamiyyəti, dərnək və məşğələlərin, təlim-tədris prosesinin keyfiyyəti, müəssisənin sanitar-gigyenik vəziyyəti, təhlükəzlik tədbirləri, eləcə də uşaqlarla davranış və hüquqlarının mudafiəsi, müəssisə binasının infrastrukturu və sairə sahələr yoxlanılır. Bu il ərzində ekspert qrupunun iştirakı ilə 8 ümumtəhsil məktəbləri, 9 məktəbəqədər, 2 lisey, 4 musiqi məktəbi, 5 məktəbdənkənar və 2 səhiyyə müəsissəsi olmaqla 30 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nəticələr ilə bağlı Komissiyaya məlumat verilmişdir.

Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideyinini itirmiş 33, valideyn himayəsindən məhrum isə 40 uşaq vardır. Ümumilikdə, bu kateqoriyaya aid olan uşaqların sayı 73-dür. 2021-ci ilin ötən dovrü ərzində muxtar respublikada 16 uşaq qəyyumluq və himayəyə verilmişdır. Muxtar respublikada uşaq hüquqlarının qorunması istiqamətində görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən il ərzində müvafiq uşaqların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri tərəfindən Naxçıvan şəhəri, Ordubad, Babək və Şərur rayonları üzrə 16 hər iki valideynini itirmiş, 8 valideyn himayəsindən məhrum olmuş uşaq olmaqla ümumilikdə 25 müvafiq kateqoriyadan olan və 1 sağlamlıq imkanları məhdud uşağın yaşadığı evlərdə monitorinqlər təşkil olunmuşdur.

Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmışdır. Aparılan monitorinqlərin nəticəsində müvafiq uşaqlarla bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışaqcaqdır.