Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən monitorinqlər davam etdirilir

Çap

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2021-ci il 24 iyun tarixdə Naxçıvan şəhəri Babək küçəsi 11/7 ünvanında yaşayan, xala – Əliyeva Göhər Əliəşrəf qızının himayəsində olan, hər iki valideynini itirmiş Şahverdiyeva Zeynəb və Şahverdiyeva Zəhra Ənvər qızının yaşadıqları mənzildə monitorinq keçirilmişdir.

Monitorinq zamanı hər iki valideynini itirmiş Zeynəb və Zəhra Şahverdiyevanın yaşayış şəraiti, təhsili, sağlamlığı, sosial müdafiəsi, umumiyyətlə hüquqlarının qorunması yoxlanılmış, heç bir qanun pozuntusu aşkar olunmamışdır. Həmçinin uşaqlarla aparılan söhbət zamanı uşaq hüquqları ilə bağlı qanunazidd hallarının olmadığı müəyyən edilmişdir.