Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi

Çap

Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi

Prezident İlham Əliyev iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları da var.

Prezidentin Sərəncamı ilə Əliyeva Gülnara Kərim qızı, Qasımov Əli Aydın oğlu, Qənbərov Əli Hüseyn oğlu, Məmmədov Əhəd Məmməd oğlu və Rüstəmov Seyfullah Nəsirullah oğlu “Tərəqqi” medalı ilə, Cəfərov Seymur Nazim oğlu, Hüseynov Zamir Tələt oğlu, Quliyev Emin Cəfər oğlu, Quliyev Namiq Əkbər oğlu, Məmmədov Seymur Məmməd oğlu, Nəcəfov Əli Cabbar oğlu, Sadıxov Sənan Bağır oğlu və Şahməmmədova Gözəl Rəşadət qızı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.