Naxçıvan Karate-do Federasiyasının yetirməsi, yeniyetmə idmançımız Rəşid Süleymanov Belqradda qızıl medalın sahibi oldu

Çap

Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının (İSSF) təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunları keçirilib.

Milli komandanın üzvü, Naxçıvan Karate-do Federasiyasının yetirməsi Rəşid Süleymanov -63 kq çəki dərəcəsində qızıl medala sahib olub.

Xatırladaq ki, Rəşid Süleymanov avqust ayında Avropa çempionluğu sevincini yaşayıb.