Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Çap

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 fevral 2022-ci il