Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib

Çap

 


Naxçıvan Muxtar Respublikasına iki günlük səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri və rayon (şəhər) icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi və Qəyyumluq və Himayə komissiyalarının sədrləri və üzvləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması və bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. R.Seyidova Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın gördüyü işlər barədə ətraflı məlumat verdi.
Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Səbinə Abbasova, Şahbuz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın psixoloqu gördüyü işlər haqqında ətrrfalı məlumat vermişdir. BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində görüşlərin əhəmiyyətindən bəhs etdi, həmçinin muxtar respublikada uşaq hüquqlarının müdafiəsi sahəsində UNİCEF-in təcrübəsini paylaşmağa hazır olduqlarını və bu məqsədlə maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq ölkədə aparılan dövlət uşaq siyasəti və uşaqların müdafiəsi ilə bağlı UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr haqqında ətraflı məlumat verdi. Tədbirdə uşaqlarla bağlı mövcud problemlər müzakirə olunmuş, onların təməlli həlli istiqamətində çoxşaxəli əməkdaşlıq və gələcək prespektivlər barədə fikir mübadiləsi aparıldı.