Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin oktyabr ayı ərzində gördüyü işlər barədə hesabatı

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılmış, konfrans, tədbir, təlim, seminar, müsabiqə və monitorinqlər keçirilmişdir.

Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hesabat dövrü ərzində müvafiq mövzu ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və muxtar respublikadan olan 14 nəfər ictimai-fəal qadın iştirak edibdir. Qurultayın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Qurultayda Azərbaycan Respublikası Prezidentinin Qurultay iştirakçılarına təbrik məktubu ünvanlanıb. Qurultay müxtəlif mövzularda panellər əsasında davam edib. Qurultayda “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda II panel müzakirəsi zamanı Komitə sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin inkişafı, reallıqlar və perspektivlər” mövzusunda çıxışı olmuşdur. Yekunda müzakirə və təkliflər əsasında Qətnamə qəbul olunub və Qurultay iştirakçılarının Azərbaycan Respublikası Prezidentinə müraciəti olubdur.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Komitə Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə “Ulu Öndər Heydər Əliyevin ailəsi gənclərimizə örnəkdir” mövzusunda gənclər arasında maarifləndirici tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Müvafiq mövzuda çıxışlar edilmiş, sonra rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi nümayiş olunmuş, tədbirdən 150 nəfər yararlanmışdır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda film və foto müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin zəngin mədəni irsini əks etdirən film nümayiş edilib. Tədbir müsabiqə qaliblərinin diplom, hədiyyə ilə mükafatlandırılması və müsabiqəyə təqdim olunan “Azərbaycana adanan ömür” filminin nümayişi ilə başa çatmışdır. Tədbirdə 21 nəfər iştirak etmişdir.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış cari ilin sentyabr ayının 29-dan oktyabr ayının 11-dək davam etmiş, sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsinin qalibi olan istedadlı şəxslərin mükafatlandırılması tədbiri keçirilmişdir. Tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblərə diplom, sərgi-satışda fəal iştirak edən istedadlı qadınlara, həmçinin sərgi-satışın təşkilatçılığında yaxından iştirak edən təşkilatlara isə təşəkkürnamə təqdim edilmişdir. Bildirilir ki, sərgi-satışda  245 müəllifin 9931 manat dəyərində 931 ədəd əl işi satılmışdır.

Komitə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ilinin tamam olması ilə bağlı “Ailə qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edilmiş və  müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında da ölkə rəhbərliyinin uğurlu siyasətinin davam etdirilməsi barədə məlumat verilmişdir. Sonra mövzu ətrafında çıxışlar olmuşdur.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayon, şəhər icra hakimiyyətləri yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri üçün təlim keçirilmişdir. Təlimdə müvafiq mövzularda çıxışlar olmuş, slayd vasitəsilə ətraflı məlumat verilmiş, müzakirələr aparılmış və mövzu ilə bağlı maarifləndirici materiallar paylanılmışdır.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl  Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilmişdir. Komitə sədri Ramilə Seyidovanın və  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri rəhbərlərinin iştirakı ilə Naxçıvan şəhər, Şərur, Babək, Culfa, Ordubad, Şahbuz və Kəngərli rayonlarından olan 29 sakinin müxtəlif mövzularda müraciətləri dinlənilmişdir. Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətlərinə baxılmış, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülmüşdür.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Qızlar Liseyinin tədris prosesi ilə yaxından tanış olub, həmçinin milli-mənəvi dəyərlərin yaşadılması, onların gənc nəslə ötürülməsi məqsədilə fəaliyyət göstərən dərsdənkənar kulinariya, tikiş-toxuculuq və xalçaçılıq dərnəklərinə baxış keçirmişdir. Həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuş və Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışdır.

Hesabat dövrü ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi aparılmışdır.

Belə ki, Komitə Babək Rayon İcra Hakimiyyəti ilə birgə Babək şəhərində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək”, "Ailə, məktəb və cəmiyyət", Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə Ordubad şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırılması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır”,Sədərək Rayon İcra Hakimiyyəti ilə birgə Sədərək rayonunda “11 oktyabr-Beynəlxalq Qızlar Günü” münasibətilə “Analar qızlarını hansı dərəcədə tanıyır”, Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə “Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır”,  Naxçıvan Tibb Kollecində “Şəxsi inkişaf və kariyeranı qurmaq”, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Culfa Rayon İcra Hakimiyyəti ilə birgə Bənəniyar kəndində “Həyata ilk addım ana südündən başlayır”, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdəcəmiyyətin həssas qrupu olan uşaqların mənafelərinin müdafiəsi, bu işin səmərəsinin artırılması üçün icra işlərində uşaq hüquqlarının qorunması və təbliği məqsədilə, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə "Milli dəyərlər və uşaqlar", Şərur Rayon İcra Hakimiyyəti ilə birgə Şərur rayon Vərməziyar kənd tam orta məktəbdə “Erkən nikah ailə institutunun məhvidir”mövzularındaAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “Sağlam cəmiyyətin formalaşmasında icbari tibbi sığortanın rolu və icbari tibbi sığortadan istifadə qaydaları” maarifləndirici tədbirlər, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə "Sosial şəbəkələrin gələcəyimizə təsiri" mövzusunda maarifləndirici tədbirlər, eləcə də Babək rayonunun Zeynəddin kəndində yaşayan aztəminatlı ailənin üzvü olan qadınlar üçün təlim,Sədərək rayonunda sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar,­Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyi münasibətilə “Azərbaycan qadını - bir əsr öncə və bu gün” mövzusunda konfrans keçirilmiş, həmin konfransda “Naxçıvan qadınları 1918-2023-cü illərdə” yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Oktyabr ayı ərzində Komitə tərəfindən keçirilən tədbirlərdəÜmummilli Lider Heydər Əliyevə həsr olunmuş 5 film, videoçarx nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən 6 uşaq müəssisəsində və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan 1 uşağın yaşadığı ünvanda monitorinqlər keçirilmiş, uşaq hüquq və mənafelərinin pozulması halı aşkar olunmamışdır.

“Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı verilmiş                      3 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmiş, heç bir nöqsan aşkarlanmamışdır.

Naxçıvan Muxtar Respublikasında tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, peşə təhsilinə yiyələnməsi üçün 6 qadının məlumatlarıaid nazirliklərə, özünüməşğulluğa cəlb edilməsi məqsədilə Komitəyə müraciət etmiş 104 vətəndaş haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə oktyabr ayı ərzində 160 müəllifin 8305 manat dəyərində 757 ədəd əl işi satılmışdır.

Ümumilikdə, hesabat dövrü ərzində 1 konfrans,15 tədbir,3 təlim,1 seminar,23monitorinq  keçirilmişdir.Keçirilən 20 maarifləndiricikonfrans,tədbir, seminar və təlimlərdən 864 nəfər yararlanmış, 787 təbliğat materialı, o cümlədən broşürlər paylanılmışdır.