Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib

Çap

 



2023-cü il 27 noyabr tarixində Şahbuz şəhərində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şahbuz Rayon İcra Hakimiyyəti Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi –psixoloqu Nübar Səfərova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək qeyd edib ki, “Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir və Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərindən biridir. Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir. Ailə modeli, ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılması, əxlaq normaları, ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində ailə dəyərlərin mühüm rola malik olduğunu bildirən A.Məmmədova ailələrin möhkəm olması, ailədə hər iki tərəfin ailənin bütövlüyünün qoruması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün ailə üzvlərinin qarşılıqlı anlaşaraq bu işin öhdəsindən gələ biləcəklərini qeyd edib.
Tədbirdə Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva slayd vasitəsilə çıxış edib. O, ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzularda 60 ədəd broşür paylanılıb. Eyni zamanda tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 40 nəfər yararlanıb.