Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilib

Çap

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Culfa Rayon İcra Hakimiyyəti, Culfa rayon Təhsil Şöbəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 01 dekabr 2023-cü il tarixdə Culfa rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Bildirilir ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla ümumilikdə 55 uşağa qış geyimləri verilmişdir.
Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər