Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 dekabr 2023-cü il tarixində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Çap

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən konfransda Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilir, mövcud problemlər və perspektivlər barədə panel müzakirələri aparılır.
Konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın rəhbərliyi ilə komitə əməkdaşları və şəhər, rayon icra hakimiyyətləri yanında yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu"nun rəhbərləri və üzvləri iştirak edirlər.