“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin FƏRMANI

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2018-ci il 27 dekabr tarixli 21-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə aidiyyəti üzrə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Fondun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin.
4. Şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin yerli qurumları ilə birlikdə tədbirlər həyata keçirsinlər.
5. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il

Joomla 1.5