İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının QANUNU

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri 1 751 000,0 manat, xərcləri 1 751 000,0 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2019-cu ildə işsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Maddə 3. Xərclər
Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

Maddə 4. Qalıq vəsaitlərdən istifadə
İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 dekabr 2018-ci il

Joomla 1.5