Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilmişdir

ÇapE-poçt

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbində tədbir keçirilmişdir.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Heyran Əhmədova, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış etmişlər.

Bildirmişlər ki,  muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Sonra təşkilatçılar tərəfindən 46 uşağa hədiyyələr verilmişdir. Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorlarının ifasında səhnəciklər nümayiş etdirilmiş, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının, Ordubad şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilmişdir.

Joomla 1.5