Şəhid ailələrində bayram tədbiri keçirilmişdir

ÇapE-poçt

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad və Culfa Rayon İcra hakimiyyətləri ilə birgə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Qabil Orucəliyevin, Orxan Quliyevin, Elnur Cəfərovun, Cəfər Cəfərovun, Mehdi Zeynalovun, Tural Həşimlinin evlərində bayram tədbiri keçirilmişdir.

Adıçəkilən təşkilatın nümayəndələri çıxış edərək bildirmişlər ki, vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi həmişə uca tutulur, ailə üzvlərinə həmişə diqqət və qayğı göstərilir. Ölkəmizin ərzi bütövlüyü uğrunda döyüşmüş və qəhrəmancasına şəhid olmuş şəhidlərin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, habelə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlətimizin sosial inkişaf kursunun əsas istiqamətlərindəndir. Bugünkü tədbirin də keçirilməsi onu deməyə əsas verir ki, dövlətimiz hər an şəhid ailələrinin yanındadır, onlarla həmrəydir.

Sonra tədbir iştirakçıları uşaqlara hədiyyə vermiş, qarşıdan gələn bayram münasibətilə onları və ailələrini təbrik etmişlər.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildirmişlər.

Joomla 1.5