Uşaqlara bayram şənliyi keçirilmişdir

Çap

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev və səhiyyə nazirinin müavini Samurat Gəncəyeva çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından danışmışlar, uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmişlər.

Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan 8 uşağa hədiyyələr verilmişdir.

Tədbirin bədii hissəsində uşaqlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir. Şaxta baba və Qar qızın gəlişi, onların gətirdiyi hədiyyələr uşaqların sevincinə səbəb olmuşdur.